Yanğın hadisələrinin qarşısı alınıb. Bu barədə SİA məlumat verib.
Xəbərdə deyilir ki, Ağcabədi rayonu, Hindarx kəndində vətəndaşa məxsus həyətyanı sahəyə yığılmış 3 ton ot bağlamasının 2 tonu yanıb. Ot bağlamasının qalan hissəsi yanğından mühafizə olunub.
Bakı şəhəri, Nizami rayonunda vətəndaşa məxsus ümumi sahəsi 500 kv.m olan sexin dam örtüyünün yanar konstruksiyaları və içərisində olan tol məmulatları 150 kv.m sahədə yanıb. Sexin qalan hissəsi yanğından mühafizə olunub.
Ağsu rayonu, Qaravəlli kəndində kənd bələdiyyəsinə məxsus ərazidə 10 ha sahədə biçilmiş taxıl sahəsi yanıb. Yaxınlıqdakı otlaq sahələr yanğından mühafizə olunub.
Abşeron rayonu, Masazır qəsəbəsində vətəndaşa məxsus "BMW" markalı minik avtomobilinin yanar hissələri yanıb. Yaxınlıqdakı tikililər yanğından mühafizə olunub.
Yanğınlar yanğınsöndürənlər tərəfindən söndürülüb.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB