Sərhəddə narkotik gətirən şəxs saxlanılıb

Sərhəddə narkotik gətirən şəxs saxlanılıb

İran İslam Respublikasından Azərbaycan Respublikasına narkotik gətirən şəxs saxlanılıb. Dövlət Gömrük Komitəsindən SİA-ya verilən məlumata görə, Astara Gömrük İdarəsinin sərnişin şöbəsində İrandan Azərbaycana piyada gələn Azərbaycan vətəndaşı Zaur Rzayevin üzərində şəxsi yoxlama zamanı ondan 1 ədəd bağlamada, xalis çəkisi 100,5 qram olan narkotik vasitə - tiryək aşkar olunub.

Bütün xəbərlər Facebook səhifəmizdə