Şirvanda qatarla avtomobil toqquşub. SİA-nın Aran bürosunun verdiyi məlumata görə, avqustun 20-də saat 19.00 radələrində Şirvan şəhəri Naxçıvan prospektində Sabirabad rayonu Moranlı kənd sakini 1969-cu il təvəllüdlü Mirəliyev Aslan Mürvət oğlunun idarə etdiyi NİVA markalı 54 BH 879 dövlət nömrə nişanlı avtomobillə qorunmayan dəmir yolu keçidini keçərkən qatarla toqquşub.
Qəza zaman avtomobildə olan sürücünün oğlu 1995-ci il təvəllüdlü Mirəlizadə Eyvaz Aslan oğlu baş nahiyyəsindən ciddi zədə alaraq Şirvan şəhər xəstəxanasına yerləşdirilib və başından əməliyyat olunub. Həkimlərin bildirdiyinə görə, onun həyatı üçün təhlükə yoxdur. Avtomobildə olan sürücü və həyat yoldaşı qəza zamanı xəsarət almayıblar. Qəzada yaralanan 23 gənc valideyinlərinin dediyinə görə bu il ali məktəbə qəbul olunub və sənədlərini təhsil alacağı universitetə təqdim etməkdən qayıdırmış. Xatırladaq ki, həmin ərazidə dəmir yolunun qatar keçən zaman qorunmaması bu günə qədər yüzlərlə insanın həyatına təhlükə yaradıb və bir neçə nəfərin canını alıb. Təhlükə yəqin ki, bundan sonrada davam edəcək.
Faktla bağlı Şirvan xətt polisi tərəfindən araşdırma aparılır.
İqbal Mikayılov
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB