Ağır qəzada 1 nəfər öldü, 8 nəfər yaralandı FOTO

Ağır qəzada 1 nəfər öldü, 8 nəfər yaralandı FOTO

Bakı-Qazax yolunda baş verən ağır qəzada 1 nəfər öldü, 8 nəfər yaralandı. SİA-nın Aran bürosunun verrdiyi məlumata görə, günorta saatlarında Bakı-Qazax avtomobil yolunun Hacıqabul rayonun ərazsindən keçən hissəsində "Mitsubişi" markalı 99 BG 677 dövlət nömrə nişanlı avtomobil Bakı istiqamətdə hərəkətdə olarkən yoldan çıxaraq aşıb. Nəticədə kimliyi məlum olmayan 1 nəfər kişi ölüb, 8 nəfər isə ağır dərəcəli bədən xəsarətləri ilə Şirvan şəhər mərkəzi xəstəxanasına yerləşdiriliblər.

Yaralılardan adları məlum olanlar Xocalı sakinləridir və 1 ailənin üzüvləridir. Bədəlov Mahmud Sahib oğlu 1999-cu il təvəllüdlü Xocalı sakini Sumqayıt şəhərində yaşayır, Əhmədov Vüqar Vüsal oğlu 2009-cu il təvəllüdlü Xocalı sakini Sumqayıtda yaşayır, Vüqarın oğlu Elnur 2013-cü il təvəllüdlü, Əhmədova Aytəkin Fərəc qızı 1989-cu il təvəllüdlü Xocalı sakini Sumqayıtda yaşayır, digər yaralılar isə Gəncə sakinləri 1 ailənin üzvləri Muğanlinski Əkbər Telman oğlu 1970-ci il təvəllüdlü, İsmayılov İsmayıl Murtuz oğlu 1970-ci il, Qəhrəmanova Gülçöhrə Rərəc qızı 1978-ci il təvəllüdlü, yaralılardan da 1 nəfərinin vəziyyəti ağır olduğundan kimliyini müəyyən etmək mümkün olmayıb.

Faktla bağlı BDYP-nin istintaq idarəsində cinayət işi açılıb, araşdırma aparılır.

İqbal Mikayılov

Bütün xəbərlər Facebook səhifəmizdə