Bakıda bir nəfər intihara cəhd edib

Bakıda bir nəfər intihara cəhd edib

Bakıda bir nəfər intihara cəhd edib. Bu barədə SİA məlumat verib.

Xəbərdə deyilir ki, Fövqəladə Hallar Nazirliyinin "112" qaynar telefon xəttinə daxil olmuş məlumata əsasən, Bakı şəhəri, Səbail rayonunda, Dənizkənarı Milli Parkın ərazisində 1 nəfər intihar məqsədi ilə özünü dənizə atıb.

Vətəndaş dərhal Nazirliyinin dalğıc-xilasediciləri tərəfindən xilas edilərək aidiyyəti üzrə təhvil verilib.

Əməliyyat saat 20:35-də başa çatıb.

Bütün xəbərlər Facebook səhifəmizdə