Hacıqabul polisi çətənə kolu aşkar edib. SİA-nın Aran bürosuna Hacıqabul polis şöbəsinin əməliyyat işləri üzrə müavini Elşad Məmmədovun bildirdiyinə görə, daxil olmuş məlumat əsasında Hacıqabul rayonu Nizami küç 5 ünvanında yaşayan 1969-cu il təvəllüdlü Hüseynov Yaşar Gülmirzə oğlunun həyətyanı sahəsinə baxış keçirilən zaman 3 ədəd, boyu 150 sm, çəkisi təxminən 5-7 kiloqramdan artıq olan, aqrotexniki qaydada qulluq edilən çətənə kolu aşkar edilmişdir. Yaşar Hüseynovun dediyinə görə çətənə kolunu özü istifadə etdiyi üçün əkibmiş.
Faktla bağlı Hacıqabul rayon polis şöbəsinin təhqiqat bölməsində araşdırma aparılır.
İqbal Mikayılov
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB