Yanğın hadisəsinin qarşısı alınıb

Yanğın hadisəsinin qarşısı alınıb

Yanğın hadisəsinin qarşısı alınıb. Bu barədə SİA məlumat verib.

Xəbərdə deyilir ki, Masallı rayonu, Sərçuvar kəndində (rayon mərkəzindən 13 km aralı) vətəndaşa məxsus ümumi sahəsi 154 kv.m olan birmərtəbəli 3 otaqlı kürsülü evin yanar konstruksiyaları 124 kv.m.sahədə yanıb.

Evin qalan hissəsi və bitişik ümumi sahəsi 80 kv.m olan ev yanğından mühafizə olunub.

Yanğın yanğınsöndürənlər tərəfindən söndürülüb.

Bütün xəbərlər Facebook səhifəmizdə