Şirvanda sərxoş sürücü piyadanı vurdu

Şirvanda sərxoş sürücü piyadanı vurdu

Şirvanda sərxoş sürücü piyadanı vuraraq ölümcül hala salıb. SİA-nın Aran bürosunun müxbirinin verdiyi məlumata görə, ötən gecə saat 22.00 radələrində Şirvan şəhərinin Çılpaqlı qəsəbəsi adlanan ərazisində, Şirvan-Salyan şossesinin 1-ci kilometrliyində ağır yol nəqliyyat hadisəsi baş verib. Salyan rayonu Qaraçala kənd sakini 1987-ci il təvəllüdlü İslamov Zəka Musa oğlu sərxoş vəziyyətdə idarə etdiyi "Hunday" markalı 10 UG 244 dövlət nömrə nişanlı avtomobillə yolu keçən Şirvan sakini 1961-ci il təvəllüdlü Manafov Saməddin Manaf oğlunu vurub. Nəticədə Saməddin Manafov ağır dərəcəli kəllə-beyin travması, hər iki ayağının baldır sümüyünün yerdəyişmə sınığı diaqnozu ilə komatoz vəziyyətdə Şirvan şəhər xəstəxanasının reanimasiya şöbəsinə yerləşdirlib. Həkimlər yaralının vəziyyətini kritik ağır olduğunu bildiriblər.

Faktla bağlı Şirvan polis şöbəsində cinayət işi açılıb, araşdırma aparılır.

İqbal Mikayılov

Bütün xəbərlər Facebook səhifəmizdə