Qatarın altında qaldı

Gəncə şəhərində bədbəxt hadisə baş verib. Şəhər sakini 1985-ci il təvəllüdlü Mirzəyeva Səyyarə Edil qızı dəmiryolunu keçmək istəyərkən qatarın altında qalaraq dünyasını dəyişib. SİA-nın bölgə müxbirinin Gəncə şəhər Prokurorluğuna istinadən verdiyi məlumata görə, hadisə Gəncə-Zazalı stansiyalarının arasında qeydə alınıb.

Qeyd edək ki, faktla bağlı prokurorluqda cinayət işi açılıb, araşdırma aparılır.

İlham Məmmədov

Bütün xəbərlər Facebook səhifəmizdə