Taksi sürücüsü öldürüldü

Gəncə şəhərində taksi sürücüsü Samux rayon Karayeri qəsəbə sakini 25 yaşlı Nail Ağayev qətlə yetirilib. SİA-nın bölgə müxbirinin Gəncə şəhər Prokurorluğuna istinadən verdiyi məlumata görə, naməlum şəxslər taksi sürücüsünü bıçaqlayıb. Verilən məlumatda bildirilir ki, Atatürk prospekti bina 8-in yaxınlığında baş verən hadisə nəticəsində sürücü ilə müştərilər arasında anlaşılmazlıq yaranıb və nəticədə Nail Əliyev öldürülüb.

Qeyd edək ki, cinayəti törədən şəxslərin axtarışına başlanılıb, istintaq tədbirləri davam etdirilir.

İlham Məmmədov

Bütün xəbərlər Facebook səhifəmizdə