Ötən gecə saat 22:02 radələrində Şirvan şəhərinin Çılpaqlı qəsəbəsi adlanan ərazisində, Şirvan-Salyan şosesinin 1-ci k/m-də ağır yol nəqliyyat hadisəsi baş verib. SİA-nın Aran bürosunun müxbirinin verdiyi məlumata görə, Salyan rayonu Qaraçala kənd sakini 1987-ci il təvəllüdlü İslamov Zəka Musa oğlu sərxoş vəziyyətdə idarə etdiyi "Hyundai" markalı 10 UG 244 dövlət nömrə nişanlı avtomobillə yolu keçən Şirvan sakini 1961-ci il təvəllüdlü Manafov Saməddin Manaf oğlunu vurub. Nəticədə, Saməddin Manafov ağır dərəcəli kəllə-beyin travması, hər iki ayağının baldır sümüyünün yerdəyişmə sınığı diaqnozu ilə komatoz vəziyyətdə Şirvan şəhər xəstəxanasının reanimasiya şöbəsinə yerləşdirilib. Həkimlər yaralının vəziyyətini kritik olduğunu bildiriblər.
Qeyd edək ki, faktla bağlı Şirvan Polis Şöbəsində cinayət işi açılıb, araşdırma aparılır.
İqbal Mikayılov
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB