Ölümlə nəticələnən yol qəzası baş verib

Ölümlə nəticələnən yol qəzası baş verib

Şəmkir rayonunda ölümlə nəticələnən yol qəzası baş verib. SİA-nın bölgə müxbirinin xəbərinə görə, hadisə Bakı-Qazax magistralının 390-cı km-də qeydə alınıb. Qazax rayonu istiqamətində hərəkət edən 99 BJ 719 dövlət nömrə nişanlı "Volkswagen" markalı avtomobilin sürücüsü 29 yaşlı Ramin Arif oğlu Rəhimov idarə etməni itirərək Şəmkir rayon mərkəzində inşa edilən dairəyə çırpılıb. Nəticədə avtomobildə tək olan sürücü yerindəcə keçinib.

Qeyd edək ki, faktla bağlı araşdırmalara başlanılıb. İlkin məlumatlara görə, qəzanın səbəbi yüksək sürətdir.

İlham Məmmədov

Bütün xəbərlər Facebook səhifəmizdə