Avtomobillər gecə qaçırılır

Bakı şəhər Baş Polis İdarəsindən SİA-ya verilən məlumata görə, ötən gün gecə Bərdə rayon sakini Elramin Xəlilova məxsus "VAZ-21063" markalı avtomobil Nərimanov rayonu Ə.Əlizadə küçəsindən qaçırılıb. DİN ÇPA və Səbail rayon Polis İdarəsi 8-ci Polis Bölməsi əməkdaşlarının keçirdiyi əməliyyat-axtarış tədbirləri nəticəsində avtomobili qaçıran Bakı şəhər sakinləri - Fərid Məhərrəmov, Elnur İsayev və Valeriy Qroşov avtomaşınla birlikdə Salyan yolunda saxlanılıblar.

Bununla yanaşı avqustun 2-nə keçən gecə Binə Südçülük sovxozunda yaşayan Əfqan Teymurova məxsus "VAZ-2107" markalı avtomobil evinin qarşısından qaçırılıb. Suraxanı rayon Polis İdarəsi 30-cu Polis Bölməsinin əməkdaşlarının keçirdiyi əməliyyat tədbirləri nəticəsində avtomobili qaçıran Bakı şəhər sakinləri - Rauf Fərəcov, Güloğlan Orucov və Kamran Bəşirov polis əməkdaşları tərəfindən həbs olunub. Avtomobil isə Lənkəran rayonu ərazisində dövlət qeydiyyat nişanları üzərində olmaqla sökülmüş vəziyyətdə aşkar olunub.

Bütün xəbərlər Facebook səhifəmizdə