Yanğın hadisələrinin qarşısı alınıb

Yanğın hadisələrinin qarşısı alınıb

Yanğın hadisələrinin qarşısı alınıb. Bu barədə SİA məlumat verib.

Xəbərdə deyilir ki, Ağstafa rayonu, Eynallı kəndində (raon mərkəzindən 14 km aralı) ferma ərazisində vətəndaşa məxsus 100 ton ot bağlamasının 40 tonu yanıb. Ot bağlamasının qalan hissəsi və yaxınlıqdakı tövlə yanğından mühafizə olunub.

Qobustanda şəhər bələdiyyəsinə məxsus ərazidə 30 ha biçilmiş taxıl sahəsi yanıb. Yaxınlıqdakı biçilməmiş taxıl sahələri yanğından mühafizə olunub.

Xaçmaz rayonu, Xudat şəhərində şəhər bələdiyyəsinə məxsus 30 ha biçilmiş taxıl sahəsi və yaxınlıqdakı meşə zolağında 0,4 ha sahədə kol-kos yanıb. Meşə zolağı yanğından mühafizə olunub.

Xaçmaz rayonu, Qobuqqıraq kəndində (rayon mərkəzindən 5 km aralı) vətəndaşa məxsus ümumi sahəsi 280 kv.m. (hər mərtəbəsi 140 kv.m.) olan ikimərtəbəli 4 otaqlı evin 2-ci mərtəbəsinin yanar konstruksiyaları 140 kv.m.sahədə yanıb. Evin qalan hissəsi yanğından mühafizə olunub.

Yanğınlar yanğınsöndürənlər tərəfindən söndürülüb.

Bütün xəbərlər Facebook səhifəmizdə