Bakı şəhəri, Sabunçu rayonunda vətəndaşa məxsus ümumi sahəsi 100 kv.m olan 1 mərtəbəli 3 otaqlı kürsülü evin dam örtüyü, 1 otaq və dəhlizinin yanar konstruksiyaları 40 kv.m sahədə, ona bitişik tikilmiş digər vətəndaşa məxsus ümumi sahəsi 110 kv.m olan 1 mərtəbəli 3 otaqlı kürsülü evin dam örtüyünün yanar konstruksiyaları 20 kv.m (ümumi 60 kv.m) sahədə yanıb. SİA-nın Fövqəladə Hallar Nazirliyinin saytına istinadən verdiyi xəbərə görə, hər iki evin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğınsöndürənlər tərəfindən söndürülüb.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB