Kür çayında 1 nəfər batıb

Fövqəladə Hallar Nazirliyinin "112" qaynar telefon xəttinə daxil olmuş məlumata əsasən, Kür çayının Tovuz rayonu, Xatınlı kəndi ərazisindən keçən hissəsində 1 nəfər batıb. SİA-nın Fövqəladə Hallar Nazirliyinin saytına istinadən verdiyi xəbərə görə, Fövqəladə Hallar Nazirliyinin Dövlət Sularda Xilasetmə Xidmətinin dalğıc-xilasediciləri dərhal əraziyə cəlb olunmuş və axtarışlara başlayıblar.

Bütün xəbərlər Facebook səhifəmizdə