Liftdə köməksiz vəziyyətdə qalmış şəxs xilas edilib

Liftdə köməksiz vəziyyətdə qalmış şəxs xilas edilib

Liftdə köməksiz vəziyyətdə qalmış şəxs xilas edilib. SİA-nın Fövqəladə Hallar Nazirliyinin saytına istinadən verdiyi xəbərə görə, paytaxtın Suraxanı rayonunda doqquzmərtəbəli yaşayış binasının liftində 1 nəfər köməksiz vəziyyətdə qalıb. Dərhal FHN-in müvafiq xilasetmə qüvvələri hadisə yerinə cəlb olunub. Hadisə yerində əməliyyat şəraiti qiymətləndirilərkən məlum olub ki, lift texniki nasazlıq səbəbindən 1-ci mərtəbədə dayanıb. Xilasedicilər təhlükəsizlik qaydalarına riayət etməklə xüsusi alət və avadanlıqlar vasitəsilə lifti 5-ci mərtəbəyə qaldırıb qapılarını açıb və vətəndaşın liftdən çıxmasına şərait yaradıblar.

Bütün xəbərlər Facebook səhifəmizdə