Yol polisi qəzada öldü

Yol polisinin əməkdaşı qəzaya uğrayıb. Abşeron Rayon Polis İdarəsindən SİA-ya verilən məlumata görə, qəza Novxanı-Binəqədi yolunda qeydə alınıb. Binəqədi Rayon Dövlət Yol Polisinin əməkdaşı, baş çavuş, 1970-ci il təvəllüdlü Eşqin Məhəmməd oğlu Məmmədovun idarə etdiyi 10 YP 475 dövlət nömrə nişanlı, BMW markalı xidməti avtomobillə Güloğlan Feyzullayevin idarə etdiyi 90 VG 655 dövlət nömrə nişanlı, "Toyota Prado" markalı avtomobil toqquşub.

Hadisə nəticəsində yol polisi hadisə yerində ölüb.

Faktla bağlı araşdırma aparılır.

Bütün xəbərlər Facebook səhifəmizdə