Bayramları qara gəldi

Şirvanda piyadanın ölümü ilə nəticələnən yol nəqliyyat hadisəsi baş verib. SİA-nın Aran bürosunun verdiyi məlumata görə, bu gün saat 18:00 radələrində Şirvan şəhəri G.Şıxbala oğlu küçəsində yolu keçmək istəyən təxminən 35-36 yaşlarında olan şəhər sakini Günəşov İsmayıl Bəndalı oğlunu, 1979-cu il təvəllüdlü Şirvan sakini Rzayev İsmayıl Vaqif oğlunun idarə etdiyi "Hunday Elantra" markalı 90 MA 616 dövlət nömrə nişanlı minik avtomabili vurub. Piyada xəstəxanaya aparılarkən yolda dünyasını dəyişib.

Qeyd edək ki, faktla bağlı Şirvan Polis Şöbəsinin istintaq bölməsində cinayət işi açılıb, araşdırma aparılır.

İqbal Mikayılov

Bütün xəbərlər Facebook səhifəmizdə