Salyanda ikimərtəbəli ev yanaraq kül oldu

Salyanda ikimərtəbəli ev yanaraq kül oldu

Salyan rayonu Kürqaraqaşlı kəndində (rayon mərkəzindən 6 km aralı) vətəndaşa məxsus ümumi sahəsi 222 kv.m. olan ikimərtəbəli 3 otaqlı evdə yanğın baş verib. Fövqəladə Hallar Nazirliyindən (FHN) SİA-ya verilən məlumata görə, hadisə yerinə dərhal FHN-nin Yanğından Mühafizə Hissələri cəlb edilib. Yanğın zamanı evin 2-ci mərtəbəsinin yanar konstruksiyaları və ev əşyaları yanıb. Evin qalan hissəsi yanğından mühafizə olunub.

Bütün xəbərlər Facebook səhifəmizdə