Bakı-Qazax yolunda ağır yol qəzası xəsarətsiz ötüşmədi

Bakı-Qazax yolunda ağır yol qəzası xəsarətsiz ötüşmədi

Bakı-Qazax yolunda ağır yol qəzası baş verib. Fövqəladə Hallar Nazirliyinin (FHN) mətbuat xidmətindən SİA-ya verilən məlumata görə, Bakı-Qazax yolunun 105-ci kilometrliyində, Şamaxı rayonu ərazisində "VAZ" və "Volkswagen" markalı iki minik avtomobili toqquşub. Dərhal hadisə yerinə FHN-in müvafiq xilasetmə qüvvələri cəlb olunublar.

Hadisə yerində əməliyyat şəraiti qiymətləndirilərkən məlum olub ki, "Volkswagen" markalı avtomobilin sürücüsü və sərnişini xəsarət alıb.

Yanğınsöndürən-xilasedicilər təhlükəsizlik qaydalarına riayət etməklə xüsusi alət və avadanlıqlar vasitəsilə sıxılmış vəziyyətdə qalmış yaralıları avtomobildən çıxarıb və aidiyyəti üzrə təhvil veriblər. Həmçinin ərazidə müvafiq təhlükəsizlik tədbirləri görülüb.

Bütün xəbərlər Facebook səhifəmizdə