Abşeron rayonunda döyüş sursatı aşkarlanıb

Abşeron rayonunda döyüş sursatı aşkarlanıb

Fövqəladə Hallar Nazirliyinin "112" qaynar telefon xəttinə daxil olmuş məlumata əsasən, Abşeron rayonunda qazıntı işləri aparılarkən döyüş sursatı aşkarlanıb. Dərhal Nazirliyin müvafiq qurumlarının mütəxəssisləri və xilasediciləri lazımi tədbirlərin görülməsi üçün hadisə yerinə cəlb edilib, aidiyyəti qurumlar məlumatlandırılıb. Nazirliyin mütəxəssisləri aşkarlanmış sursata baxış keçiriblər. Müəyyən olunub ki, bu, istifadəyə yararsız olan 1-ədəd kalibri 152 mm olan top mərmisidir. Mərmini aidiyyəti üzrə təhvil verilib. Xilasedicilər hüquq-mühafizə orqanlarının əməkdaşları ilə birlikdə əraziyə əlavə baxış keçirmiş və şübhəli əşya aşkar etməyiblər.

Bütün xəbərlər Facebook səhifəmizdə