Qonşu qonşunu güllələdi

Ötən gün axşam saatlarında Şirvan şəhərinin Köhnə şəhər adlanan yaşayış massivində güllələnmə hadisəsi baş verib. SİA-nın Aran bürosunun verdiyi məlumata görə, Şirvan şəhəri Ş.Şükürov küçəsi ev 5 ünvanında yaşayan1985-ci il təvəllüdlü Qurbanov Vüqar Əlipənah oğlu qonşusu 1984-ci il təvəllüdlü Əliyev Zaur Vaqif oğlu tərəfindən tir tüfəngi ilə güllələnib. Güllə V.Qurbanovun sol qolundan dəyib, yaralı Şirvan şəhər Mərkəzi Xəstəxanasının cərrahiyyə şöbəsinə yerləşdirilərək əməliyyat olunub.

Qeyd edək ki, hadisəni törədən şəxsin polis tərəfindən saxlanılıb-saxlanılmaması məlum deyil.

İqbal Mikayılov

Bütün xəbərlər Facebook səhifəmizdə