Yanğın hadisələrinin qarşısı alınıb. Bu barədə SİA məlumat verib.
Xəbərdə deyilir ki, Masallı rayonu, Ətcələr kəndində (rayon mərkəzindən 6 km aralı) vətəndaşa məxsus ümumi sahəsi 25 kv.m olan talvarın yanar konstruksiyaları 20 kv.m sahədə yanıb. Talvarın qalan hissəsi və yaxınlıqdakı tikililər yanğından mühafizə olunub.
Həmçinin, Qəbələ rayonu, Qaş əkin sahəsi (rayon mərkəzindən 30 km aralı) adlanan ərazidə bələdiyyəyə məxsus 5 ha biçilmiş taxıl sahəsi və Türyançay meşə qoruğunun ərazisində 0,5 ha sahədə kol-kos yanıb. Meşə zolağı yanğından mühafizə olunub.
Eyni zamanda, Gəncə şəhəri, Nizami rayonunda 4 ha sahədə kol-kos yanıb. Yaxınlıqdakı tikililər yanğından mühafizə olunub.
Yanğınlar yanğınsöndürənlər tərəfindən söndürülüb.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB