Batmaq təhlükəsi ilə üzləşmiş 2 nəfər xilas olunub. Bu barədə SİA məlumat verib.
Xəbərdə deyilir ki, Bakı şəhəri, Xəzər rayonunda ("Zuğulba-1" sularda xilasetmə məntəqəsinin ərazisində) çimərkən batmaq təhlükəsi ilə üzləşmiş 1 nəfər Fövqəladə Hallar Nazirliyinin dalğıc-xilasediciləri tərəfindən xilas olunub.
Həmçinin, Bakı şəhəri, Sabunçu rayonunda ("Sahil-1" sularda xilasetmə məntəqəsindən 750 metr sola, nəzarətsiz ərazidə) çimərkən batmaq təhlükəsi ilə üzləşmiş 1 nəfər Fövqəladə Hallar Nazirliyinin dalğıc-xilasediciləri tərəfindən xilas olunub.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB