Bağlı qapı arxasında köməksiz vəziyyətdə qalmış 1 nəfər xilas edilib

Bağlı qapı arxasında köməksiz vəziyyətdə qalmış 1 nəfər xilas edilib

Bağlı qapı arxasında köməksiz vəziyyətdə qalmış 1 nəfər xilas edilib. Bu barədə SİA məlumat verib.

Xəbərdə deyilir ki, Fövqəladə Hallar Nazirliyinin "112" qaynar telefon xəttinə daxil olmuş məlumata əsasən, Bakı şəhəri, Nərimanov rayonunda, mənzildə bağlı qapı arxasında 1 nəfər köməksiz vəziyyətdə qalıb. Hadisə yerində əməliyyat şəraiti qiymətləndirilərkən məlum olub ki, həmin şəxs mənzilin qapısının dəfələrlə döyülməsinə və telefon zənglərinə reaksiya vermir. Dərhal Fövqəladə Hallar Nazirliyinin müvafiq xilasetmə qüvvələri hadisə yerinə cəlb olunub. Xilasedicilər təhlükəsizlik qaydalarına riayət etməklə xüsusi alət və avadanlıqlar vasitəsilə dördmərtəbəli yaşayış binasının 1-ci mərtəbəsində yerləşən mənzilin pəncərəsini açaraq içəri daxil olublar. Mənzilə baxış keçirilərkən vətəndaş otaqda huşsuz vəziyyətdə aşkarlanıb və aidiyyəti üzrə təhvil verilib.

Bütün xəbərlər Facebook səhifəmizdə