Yanğın hadisələrinin qarşısı alınıb

Yanğın hadisələrinin qarşısı alınıb

Yanğın hadisələrinin qarşısı alınıb. Bu barədə SİA məlumat verib.

Xəbərdə deyilir ki, Saatlı rayonu Əliabad kəndində (rayon mərkəzindən 40 km aralı) vətəndaşa məxsus hər mərtəbəsi 135 kv.m olan 2 mərtəbəli 6 otaqlı evin taxta konstruksiyalardan ibarət 2-ci mərtəbəsi və 1 otaqda olan ev əşyaları 135 kv.m sahədə yanıb. Evin qalan hissəsi yanğından mühafizə olunub.

Bərdə şəhərində vətəndaşa məxsus ümumi sahəsi 110 kv.m olan 1 mərtəbəli 3 otaqlı evin mətbəxinin tavanı və dam örtüyü 24 kv.m sahədə yanıb. Evin qalan hissəsi yanğından mühafizə olunub.

Göyçay rayonu, Potu kəndində (rayon mərkəzindən 7 km aralı), transformatorun yağı və sarğıları yanıb. Yaxınlıqdakı tikililər yanğından mühafizə olunub.

Yanğınlar yanğınsöndürənlər tərəfindən söndürülüb.

Bütün xəbərlər Facebook səhifəmizdə