Hacıqabulda zəncirvari qəza baş verib

Hacıqabulda zəncirvari qəza baş verib

Hacıqabul ərazisində baş verən zəncirvari qəzada bir nəfər ölüb, 3 nəfər yaralanıb. SİA-nın Aran bürosunun verrdiyi məlumata görə, ötən gün axşam saatlarında Bakı-Qazax avtomobil yolunun 153-cü kilometrliyində, Hacıqabul rayonunun Padar kəndi ərazisində Tərtər sakini 1982-ci il təvəllüdlü hərbiçi Həsənzadə Əli İmran oğlunun idarə etdiyi "Toyota" Corolla markalı H 019 782 dövlət nömrə nişanlı avtomobillə, Göyçay rayon sakini 1964-cü il təvəllüdlü Aşurov İnqilab İltifat oğlunun idarə etdiyi "Mersedess" markalı 90 ML 166 dövlət nömrə nişanlı avtomobil və Mingəçevir sakini 1968-ci il təvəlüdlü Abasov Məhəmmədin idarə etdiyi "Nissan" markalı 32 BC 580 dövlət nömrə nişanlı avtomobillər toqquşub.

Qəza nəticəsində Toyota markalı avtomobil 2 hissəyə bölünüb. "Mercedes"in sürücüsü Aşurov İnqilab və "Mercedes" markalı avtomobilin sərnişini Mingəçevir şəhəri sakini 1979-cu il təvəllüdlü Səmədov Elnur Eldəniz oğlu aldıqları ağır xəsarətlərlə Kürdəmir rayon xəstəxanasının reanimasiya və travmatologiya şöbəsinə yerləşdirliblər. "Mercedes" markalı avtomobilin digər sərnişin Göyçay rayon sakini 1961-ci il təvəllüdlü Mustafayev Füzuli Şərafətddin oğlu isə hadisə yerində dünyasını dəyişib. "Toyota" Corolla markalı avtomobilin sürücüsü Həsənzadə Əli İmran oğlu isə xəsarət alaraq Şirvan şəhər mərkəzi xəstəxanasının reanimasiya şöbəsinə yerləşdirlib.

Faktla bağlı BDYP-nin istintaq idarəsində cinayət işi açılıb, araşdırma aparılır.

İqbal Mikayılov

Bütün xəbərlər Facebook səhifəmizdə