Paytaxtda mağaza alovlara qərq oldu

Paytaxtda mağaza alovlara qərq oldu

Bakı şəhəri, Səbail rayonunda mağaza yanıb. Fövqəladə Hallar Nazirliyinin mətbuat xidmətindən SİA-ya verilən məlumata görə, hündürmərtəbəli yaşayış binasının 1-ci mərtəbəsində yerləşən vətəndaşa məxsus ümumi sahəsi 100 kv.m olan "Sevimli dad" ərzaq mağazasının tavan hissəsi 20 kv.m sahədə və içərisində olan kağız məmulatları 10 kv.m sahədə yanıb. Mağazanın qalan hissəsi yanğından mühafizə olunub.

Yanğın saat 01:04-də yanğınsöndürənlər tərəfindən söndürülüb.

Bütün xəbərlər Facebook səhifəmizdə