Bir gündə iki avtomobil yanaraq kül oldu

Bir gündə iki avtomobil yanaraq kül oldu

Bakı və Sumqayıtda avtomobil yanıb. Fövqəladə Hallar Nazirliyinin (FHN) mətbuat xidmətindən SİA-ya verilən məlumata görə, bu gün səhər 06:00 radələrində Sumqayıt şəhərində "MERCEDES-ML" markalı minik avtomobilinin yanar hissələri yanıb.

FHN-nin yanğınsöndürənləri yanğını söndürüb və yaxınlıqdakı digər avtomobillər yanğından mühafizə olunub.

Digər hadisə isə paytaxtın Sabunçu rayonunda baş verib. "VAZ-2106" markalı minik avtomobili bilinməyən səbəbdən yanıb.

Hər iki hadisədən xəsarət alan olmayıb.

Bütün xəbərlər Facebook səhifəmizdə