Hacıqabulda baş verən avtomobil qəzasında 7 nəfər yaralanıb. SİA-nın Aran bürosunun müxbirinin verdiyi məlumata görə, ötən gün Bakı-Qazax yolunun 134-ci kilometrliyində, Hacıqabul rayonun Muğan qəsəbəsi ərazisində Tovuz rayon sakini 1978-ci il təvəllüdlü İsayev Ramil İdris oğlunun idarə etdiyi Opel markalı 99 BX 051 nömrəli maşınla 1993-cu il təvəllüdlü Hacıqabul rayon sakini Dəmirov Azər Araz oğlunun idarə etdiyi VAZ 2107 markalı 90 RV 230 nömrəli avtomobil toqquşub. Toqquşma nəticəsində Opel markalı avtomobil yoldan çıxaraq aşıb.
Hadisə nəticəsində VAZ 2107 markalı avtomobilin sürücüsü və yanında olan sərnişin 1991-ci il təvəllüdlü İgidəliyev Rəşad Ramiz oğlu xəsarət alaraq Şirvan şəhər mərkəzi xəstəxanasına, Opel markalı avtomobildə olan 1 ailənin üzvləri - 1978-ci il təvəllüdlü Əliyev Vüsal Akif oğlu, həyat yoldaşı 1984-cü il təvəllüdlü Əliyeva Həyat Mehman qızı, övladları 2007-ci il təvəllüdlü Əliyeva Sevda Vüsal qızı və 2005-ci il təvəllüdlü Əliyev Səlcuq Vüsal oğlu, 1960-cı il təvəllüdlü Əliyeva Məlahət Rza qızı müxtəlif dərəcəli bədən xəsarətləri alaraq Hacıqabul və Şirvan mərkəzi xəstəxanalarına yerləşdiriliblər. Hər iki avtomobil isə tamam yarasız hala düşüb.
Faktla bağlı BDYP idarəsində cinayət işi başlanılıb araşdırma aparılır.
İqbal Mikayılov
.jpg)
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB