Hacıqabulda avtomobil qəzasında 7 nəfər yaralandı. SİA-nın Aran bürosunun verdiyi məlumata görə, ötən gün Bakı-Qazax yolunun 134-cü km-də Hacıqabul rayonun Muğan qəsəbəsi ərazisində Tovuz rayon sakini 1978-ci il təvəllüdlü İsayev Ramil İdris oğlunun idarə etdiyi "Opel" markalı 99 BX 051 nömrə nişanlı maşınla,1993-cu il təvəllüdlü Hacıqabul rayon sakini Dəmirov Azər Araz oğlunun idarə etdiyi "VAZ 2107" markalı 90 RV 230 nömrə nişanlı avtomobil toqquşub.Toqquşma nəticəsində "Opel" markalı avtomobil yoldan çıxaraq aşıb. Hadisə nəticəsində "VAZ 2107" markalı avtomobilin sürücüsü və yanında olan sərnişin 1991-ci il təvəllüdlü İgidəliyev Rəşad Ramiz oğlu xəsarət alaraq Şirvan şəhər Mərkəzi Xəstəxanasına, "Opel" markalı avtomobildə olan 1978-ci il təvəllüdlü Əliyev Vüsal Akif oğlu, həyat yoldaşı 1984-cü il təvəllüdlü Əliyeva Həyat Mehman qızı, övladları 2007-ci il təvəllüdlü Əliyeva Sevda Vüsal qızı və 2005-ci il təvəllüdlü Əliyev Səlcuq Vüsal oğlu, 1960-cı il təvəllüdlü Əliyeva Məlahət Rza qızı müxtəlif dərəcəli bədən xəsarətləri alaraq Hacıqabul və Şirvan şəhər Mərkəzi Xəstəxanalarına yerləşdiriliblər. Hər iki avtomobil tamam yarasız hala düşüb.
Qeyd edək ki, faktla bağlı BDYP idarəsində cinayət işi başlanılıb, araşdırma aparılır..jpg)
İqbal Mikayılov
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB