Azərbaycanda növbəti zəlzələ olub

Azərbaycanda növbəti zəlzələ olub

Şamaxı şəhərində növbəti zəlzələ baş verib. AMEA Respublika Seysmoloji Xidmət Mərkəzindən SİA-ya verilən xəbərə görə, yerli vaxtla zəlzələ saat 11:56-da Şamaxıda Pirquludan 11 km cənubda baş verib.

Yeraltı təkanların maqnitudası 3, dərinliyi 9 km olub. Zəlzələ Şamaxıda 3.0 bala qədər hiss olunub. Tikililərdə dağıntılar yoxdur.

Bütün xəbərlər Facebook səhifəmizdə