“VAZ 2106” markalı maşın yandı

“VAZ 2106” markalı maşın yandı

Bərdə rayonunda maşın yanıb. SİA-nın Qarabağ bürosunun verdiyi məlumata görə, hadisə rayonun Zümrüxan kənd ərazisində çilingər sexlərinin birində ustanın ehtiyatsızlığı nəticəsində baş verib. "VAZ 2106" markalı maşın yanaraq yararsız vəziyyətə düşüb.

Əraziyə Fövqəladə Hallar Nazirliyinin (FHN) yanğın söndürmə qrupu çağırılıb, yanğın söndürülüb.

Qeyd edək ki, xəsarət alan yoxdur.

Şamxal Cəliloğlu

Bütün xəbərlər Facebook səhifəmizdə