Bakı şəhər Baş Polis İdarəsindən SİA-ya verilən məlumata görə, ötən gecə saat 02:30 radələrində Hacınski küçəsində Bakı şəhər sakini Zamir Yusifov Camal Quliyevə bıçaq xəsarətləri yetirib. Cinayəti törədən şəxs Sabunçu rayon Polis İdarəsi 13-cü Polis Bölməsinin əməkdaşları tərəfindən tutulub.
Bununla yanaşı, iyulun 30-u saat 03:03 radələrində C.Hacıbəyli küçəsində Bakı şəhər sakini Turxan Allahverdiyev qarın nahiyəsindən aldığı bıçaq xəsarəti ilə Kliniki Tibbi Mərkəzə yerləşdirilib. Nəsimi rayon Polis İdarəsi 21-ci Polis Bölməsinin əməkdaşlarının keçirdiyi əməliyyat tədbirləri nəticəsində hadisəni törədən Zəngilan rayon sakini Əhməd Mehdiyev həbs olunub.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB