“KAMAZ” “Mersedes”lə toqquşdu

“KAMAZ” “Mersedes”lə toqquşdu

Hacıqabulda dəhşətli qəza hadisəsi baş verib. SİA-nın Aran bürosunun verdiyi məlumata görə, Bakı-Qazax yolunun 128-ci km-də Hacıqabul rayonun Muğan qəsəbəsi ərazisində Neftçala rayon sakini 1965-ci il təvəllüdlü Əhmədov Tərlan Damət oğlu idarə etdiyi "KAMAZ" markalı 50 CX 137 nömrə nişanlı maşınla hərəkətdə olarkən, qarşıdan gələn 1951-cu il təvəllüdlü Cəbrayıl rayon sakini Salahov Elmar İsib oğlunun idarə etdiyi "Mersedes" markalı 30 BF 256 nömrəli minik avtomobil ilə toqquşub.

Nəticədə minik avtomobilində olan iki nəfər sərnişin ölüb. "Mersedes"in sürücüsü və digər xəsarət alan sərnişinlər isə Şirvan şəhər Mərkəzi Xəstəxanasına yerləşdiriliblər.

Qeyd edək ki, ölənlərin və yaralıların kimliyini müəyyən etmək hələ ki, mümkün olmayıb.

Faktla bağlı BDYP idarəsində cinayət işi başlanılıb, araşdırma aparılır.

İqbal Mikayılov

Bütün xəbərlər Facebook səhifəmizdə