Gəncə şəhərində bir nəfərin ağır xəsarət alması ilə nəticələnin yol qəzası baş verib. SİA-nın bölgə müxbirinin verdiyi məlumata görə, Elvin Məmmədovun idarə etdiyi "VAZ 2011" markalı avtomobil qarşı tərəfdən gələn Röyal Məmmədovun idarə etdiyi "FORD" markalı yük avtomobili ilə toqquşub. Nəticədə Elvin Məmmədov ağır vəziyyətdə Gəncə şəhər 3 saylı Təcili Tibbi Xəstəxanasının reanimasiya şöbəsinə yerləşdirilib.
Qeyd edək ki, faktla bağlı Gəncə şəhər Baş Polis İdarəsində araşdırma aparılır. İlkin ehtimallara görə qəzaya əlverişsiz hava şəraiti səbəb olub.
İlham Məmmədov
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB