Qəzalar ölümlə nəticələndi

Bakı şəhər Baş Polis İdarəsindən SİA-ya verilən məlumata görə, ötən gün 20:30 radələrində Xəzər rayonu Binə qəsəbəsində Bakı şəhər sakinləri Rövşən Hüseynov sürücülük vəsiqəsi olmadan atasına məxsus "VAZ-2106" markalı avtomobili arxaya verərkən sərxoş vəziyyətdə olan tanışı Məcnun Zeynalovu yola çıxarıb. Bu zaman M.Zeynalov öz yolu ilə hərəkət edən Fərid Gülverdiyevin idarə etdiyi "Mercedes" markalı avtomobilə dəyərək xəsarət alıb. Qeyd edək ki, yaralı xəstəxanaya aparılarkən yolda ölüb.

Bununla yanaşı ötən gün saat 21:40 radələrində Sabunçu rayonu Bilgəh-Maştağa yolunda Ağa Salamov idarə etdiyi "VAZ-21011" avtomobillə Tamara Mirzəyevanı və nəvəsi Aysel Tahir qızını vurub. Hadisə nəticəsində, Tamara Mirzəyeva hadisə yerində ölüb, Aysel Mirzəyeva isə 3 saylı xəstəxanaya yerləşdirilib.

Bütün xəbərlər Facebook səhifəmizdə