Türkiyənin qərbində 5,3 bal gücündə zəlzələ

Türkiyənin qərbində 5,3 bal gücündə zəlzələ

Türkiyənin qərbində, Egey dənizində yerləşən Gökçeadada 5,3 bal gücündə zəlzələ baş verib. SİA-nın türk mətbuatına istinadən verdiyi xəbərə görə, zəlzələnin gücü Çanakkale, İstanbul və Kocaelidə də hiss edilib. Gökçeadanın bələdiyyə sədrinin verdiyi açıqlamada bildirilir ki, zəlzələnin gücü hiss ediləcək səviyyədə olub və heç bir itki yoxdur.

Bütün xəbərlər Facebook səhifəmizdə