Mənzildə bağlı qapı arxasında köməksiz vəziyyətdə qalmış qadın zəhərlənmiş şəkildə aşkarlanıb. Bu barədə SİA məlumat verib.
Xəbərdə deyilir ki, Fövqəladə Hallar Nazirliyinin "112" qaynar telefon xəttinə daxil olmuş məlumata əsasən, Bakı şəhəri, Xətai rayonunda mənzildə bağlı qapı arxasında 1 nəfər qadın köməksiz vəziyyətdə qalıb. Dərhal Fövqəladə Hallar Nazirliyinin müvafiq xilasetmə qüvvələri hadisə yerinə cəlb olunub. Hadisə yerində əməliyyat şəraiti qiymətləndirilərkən məlum olub ki, həmin şəxs giriş qapısının dəfələrlə döyülməsinə və telefon zənglərinə reaksiya vermir. Xilasedicilər təhlükəsizlik qaydalarına riayət etməklə xüsusi alət və avadanlıqlar vasitəsilə beşmərtəbəli yaşayış binasının 3-cü mərtəbəsində yerləşən mənzilə təhlükəsizlik qaydalarına riayət etməklə xüsusi alət və avadanlıqlar vasitəsilə mənzilin pəncərəsinə qalxaraq daxil olublar. Mənzilə baxış keçirilərkən otaqda huşsuz vəziyyətdə aşkarlanmış qadın hadisə yerinə çağırılmış Təcili Tibbi Yardım Stansiyasının həkimlərinə təhvil verilib. İlkin tibbi müayinə zamanı vətəndaşın məişət qazından zəhərlənməsi müəyyən olunub.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB