İş yeri üstündə mübahisə etdilər

İş yeri üstündə mübahisə etdilər

Mingəçevir şəhərində bıçaqlanma hadisəsi baş verib. Mingəçevir kənd sakini 1985-ci il təvəllüdlü Əhmədov Ceyhun Zabitəli oğlu ilə 1984-cü il təvəllüdlü Hüseynov Elvin Vaqif oğlu arasında şəxsi münasibətlər zəminində mübahisə baş verib. Aldığımız məlumata görə, əvvəllər dost olan hər iki şəxs iş yeri üstündə mübahisəyə başlayıblar. Hər ikisi eyni iş yerini istədikdə mübahisə davaya dönüb. Nəticədə Əhədov Ceyhun Zabitəli oğlu həmyerlisi Hüseynov Elvin Vaqif oğlunu qəfildən bıçaqlayıb. O bıçaqla Elvinin qarın boşluğuna və üzünə zərbələr endirib. Ağır yaralanan Elvin Hüseynov Mingəçevir şəhər Mərkəzi Xəstəxanasına yerləşdirilib.

Qeyd edək ki, faktla bağlı Mingəçevir şəhər Polis Şöbəsində araşdırma aparılır.

Şamxal Cəliloğlu

Bütün xəbərlər Facebook səhifəmizdə