Mənzildə köməksiz vəziyyətdə qalmış 2 azyaşlı uşaq aidiyyəti üzrə təhvil verilib
Mənzildə köməksiz vəziyyətdə qalmış 2 azyaşlı uşaq aidiyyəti üzrə təhvil verilib. Bu barədə SİA məlumat verib.
Xəbərdə deyilir ki, Fövqəladə Hallar Nazirliyinin "112" qaynar telefon xəttinə daxil olmuş məlumata əsasən, Bakı şəhəri, Binəqədi rayonunda giriş qapısının təsadüfən kilidlənməsi nəticəsində 2 azyaşlı uşaq mənzildə köməksiz vəziyyətdə qalıb.
Hadisə yerinə cəlb olunmuş xilasedicilər təhlükəsizlik qaydalarına riayət etməklə doqquzmərtəbəli yaşayış binasının 6-cı mərtəbəsində yerləşən mənzilin giriş qapısını açaraq içəri daxil olublar.
Mənzildə gərgin psixoloji vəziyyətdə aşkarlanmış uşaqlar xilasedicilər tərəfindən aidiyyəti üzrə təhvil verilib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB