Uğurlu əməliyyat tədbirləri

Bakı şəhər Baş Polis İdarəsindən SİA-ya verilən məlumata görə, bu gecə saat 01:30 radələrində Bakıxanov qəsəbəsi, Y.Qasımov küçəsində kirayədə yaşayan Beylaqan rayon sakini Sehran Kamranov ailə münaqişəsi zəminində həyat yoldaşı Astara rayon sakini İranə Kamranovanı balta ilə vuraraq ağır xəsarət yetirib. Sabunçu rayon Polis İdarəsinin 13-cü Polis Bölməsinin əməkdaşlarının keçirdiyi əməliyyat tədbirləri nəticəsində S.Kamranov tutularaq, istintaqa cəlb olunub.

Bununla yanaşı Xəzər rayon Polis İdarəsi 1-ci Polis Bölməsinin əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində AR CM-in 178-ci (dələduzluq) maddəsi ilə axtarışda olan Elçin Məmmədov və cinayət məcəlləsinin 177-ci (oğurluq) maddəsi ilə axtarışda olan Səbuhi Həsənov həbs olunublar.

Bütün xəbərlər Facebook səhifəmizdə