Bakıda bir nəfər avtomobilində yanıb

Bakıda bir nəfər avtomobilində yanıb

Bakı şəhəri, Binəqədi rayonunda vətəndaşa məxsus "VAZ 2106" markalı minik avtomobilin yanar hissələri yanıb. SİA-nın Fövqəladə Hallar Nazirliyinin saytına istinadən verdiyi xəbərə görə, yanğının söndürülməsi zamanı 1945-ci il təvəllüdlü Məmmədov Teymuraz Narkom oğlunun meyiti aşkar olunub. Hadisə ilə əlaqədar müvafiq qurumlar tərəfindən təhqiqat aparılır. Yanğın saat 05:57-də yanğınsöndürənlər tərəfindən söndürülüb.

Bütün xəbərlər Facebook səhifəmizdə