Siyəzən rayonunun dağlıq ərazisində axşam saatlarında güclü yanğın baş verib. SİA-nın məlumatına görə, əraziyə FHN-nin Siyəzən və Şabran DYMH-lərinin yanğınsöndürən maşınları və canlı qüvvəsi cəlb olunub. Yanğın ümumilikdə 150 hektardan çox ərazini əhatə edib. Hazırda ərazidə yanğın davam edir. Hadisə zamanı xəsarət alan olmayıb. Yanğının hansı səbəbdən baş verdiyi hələlik, məlum deyil. Faktla bağlı araşdırmalara başlanılıb.


Emin Kərimov
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB