Bakıda avtomobil yanıb

Bakı şəhəri, Nəsimi rayonunda vətəndaşa məxsus "NİVA" markalı minik avtomobilinin yanar hissələri və ona yaxın olan elektrik lövhəsi yanıb. SİA-nın Fövqəladə Hallar Nazirliyinin saytına istinadən verdiyi xəbərə görə, yaxınlıqdakı digər avtomobillər yanğından mühafizə olunub. Yanğın saat 01:45-də yanğınsöndürənlər tərəfindən söndürülüb.

Bütün xəbərlər Facebook səhifəmizdə