4 maşın toqquşdu, 6 nəfər yaralandı

4 maşın toqquşdu, 6 nəfər yaralandı

Ötən gün Xaçmaz rayonunda yol nəqliyyat hadisəsi baş verib. SİA-nın Şimal bürosunun verdiyi məlumata görə, "VAZ 21 06" markalı avtomobillə traktor, "VAZ 21 07" ilə "Hyundai" markalı avtobus toqquşub. Qəza nəticəsində 6 nəfər müxtəlif dərəcəli bədən xəsarətləri alıb. Xəsarət alan şəxslər Xaçmaz rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib.

Xəsarət alan şəxslər aşağıdakılardır:

Xaçmaz rayon sakini 1988-ci il təvəllüdlü Mənsur Babayev

60 yaşlı Nargilə Qədirova

24 yaşlı Günay Qədirova

5 yaşlı Kənan Qədirov

27 yaşlı Cəlil Qədirov

27 yaşlı Ruslan Qədirov

Xəstəxanadan verilən məlumata görə, qəza zamanı xəsarət alanlardan Ruslan və Kənan Qədirovun müalicəsi tibb müəssisəsində davam etdirir. Onlarının vəziyyətinin orta ağır olduğu bildirilir. Digər xəsarət alan şəxslər ambulator müalicə üçün evə buraxılıb.

Qeyd edək ki, faktla bağlı araşdırma aparılır.

Emin Kərimov

Bütün xəbərlər Facebook səhifəmizdə