Yanğın hadisələrinin qarşısı alınıb. Bu barədə SİA məlumat verib.
Xəbərdə deyilir ki, Goranboy aryonu, Borsunlu kəndində vətəndaşa məxsus həyətyanı sahəyə yığılmış 1 ton ot bağlamasının 0,5 tonu yanıb. Ot bağlaması və yaxınlıqdakı tikililər yanğından mühafizə olunub.
Bakı şəhəri, Yasamal rayonunda vətəndaşa məxsus "MERCEDES" markalı minik avtomobilinin yanar hissələri yanıb. Yaxınlıqdakı avtomobillər yanğından mühafizə olunub.
Hacıqabul rayonu, Qubalıbaloğlan kəndində (rayon mərkəzindən 38 km aralı) vətəndaşa məxsus həyətyanı sahədə ümumi sahəsi 120 kv.m olan talvarın yanar konstruksiyaları və altına yığılmış 12 ton ot bağlamasının 6 tonu yanıb. Ot bağlamasının qalan hissəsi yanğından mühafizə olunub.
Yanğınlar yanğınsöndürənlər tərəfindən söndürülüb.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB