Yoldan çıxan avtomobil yandı FOTO

Yoldan çıxan avtomobil yandı FOTO

Sabirabadda dəhşətli qəza baş verib. SİA-nın Aran bürosunun verdiyi məlumata görə, bu gün günorta saatlarında Hacıqabul- Bəhrəmtəpə avtomobil yolunun 17-ci km-də Sabirabad rayonun Nizami kəndi ərazisindən keçən hissəsində Kürdəmir rayon sakini, 1976-cı il təvəllüdlü sürücü Məmmədov Əflatun Bünyad oğlunun idarə etdiyi 01 AC 874 nömrəli yük maşını ilə 1976-cı il təvəllüdlü Sabirabad sakini Nəzərov Kamil Hüsən oğlunun idarə etdiyi "Mersedes" markalı 99 DL 298 nömrəli avtomobil toqquşub. Nəticədə yük maşını yoldan çıxaraq aşıb və yanmağa başlayıb. Maşın tamamilə yanaraq kül olub. Xoşbəxtlikdən yanan maşının və digər avtomobilin sürücüsü xilas ola biliblər. Hər iki sürücü xəsarət alaraq Şirvan şəhər Mərkəzi Xəstəxanasına yerləşdiriliblər. Yanan avtomobili söndürmək üçün əraziyə Sabirabad Yanğından Mühafizə İdarəsinin texnikası və canlı qüvvəsi cəlb olunub.

Qeyd edək ki, faktla bağlı araşdırma aparılır.

İqbal Mikayılov

Bütün xəbərlər Facebook səhifəmizdə