Yanğınların qarşısı alınıb. Bu barədə SİA məlumat verib.
Xəbərdə deyilir ki, İmişli rayonu, Məmmədli kəndində vətəndaşa məxsus ümumi sahəsi 350 kv.m olan qamışdan ibarət tövlənin yanar konstruksiyaları 50 kv.m sahədə yanıb. Tövlənin qalan hissəsi yanğından mühafizə olunub.
Hacıqabul şəhərində məxsus ümumi sahəsi 90 kv.m olan 1 mərtəbəli 3 otaqlı evin yanar konstruksiyaları və ev əşyaları yanıb. Yaxınlıqdakı evlər yanğından mühafizə olunub.
Kürdəmir rayonu, Çöl Ərəb kəndində (rayon mərkəzindən 20 km aralı) vətəndaşa məxsus həyətyanı sahədə 10 ton ot tayası yanıb. Yaxınlıqdakı tövlə yanğından mühafizə olunub.
Bakı şəhəri, Qaradağ rayonunda dağlıq ərazidə 35 ha sahədə quru ot yanıb. Yanğın, yanğınsöndürənlərin və yerli sakinlərin iştirakı ilə söndürülüb. Yaxınlıqdakı mədən ərazisi yanğından mühafizə olunub.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB